Avstriya və Azərbaycan enerji sahəsində yaxşı əməkdaşlıq edir.

Bunu Avstriya Avropa və Beynəlxalq İşlər Federal Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan hazırda Avropanın enerji təminatının şaxələndirilməsinin vacib hissəsidir:

""Nabucco" layihəsi bizim istədiyimiz kimi başa çatmasa da, Azərbaycan hazırda Avropanın enerji təminatının şaxələndirilməsində vacib rol oynayır. Biz görürük ki, Azərbaycan Balkan və İtaliya vasitəsilə qaz tədarükçüsünə çevrilir. İlk qaz həcmləri bir müddət əvvəl Xəzərdən Avropaya nəql edilib. Avstriya üçün bu, çoxdan gözlənilən xəbər idi. Eyni zamanda biz SOCAR-ın Avstriyada fəaliyyətinin genişlənməsinin şahidi oluruq. Ştiriyada və Avstriyanın digər hissələrində artıq şirkətin bir neçə yanacaqdoldurma məntəqəsi mövcuddur".

.