Azərbaycanın iki atleti beynəlxalq turnirlərdə qızıl medal qazanıb.

Federasiyadan verilən məlumata görə, üç təkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən XXXII Qosanov Memorialında bütün rəqiblərini qabaqlayıb.

İdmançı 13.89 metr nəticə ilə özünəməxsus Azərbaycan rekordunu da yeniləyib. O, göstəricisini bir sm yaxşılaşdırıb.

Çəkic atmada mübarizə aparan Anna Skidan isə Estoniyanın Pyarnu şəhərində baş tutan "Parnu Beach Stadium" yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Atlet 71.86 metr nəticə göstərərək turnirin qalibi olub.

.