Azərbaycan idmançısı Əli Şükürlü Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri yarışında çıxış edib.
O, 102 kq çəki dərəcəsi üzrə B qrupunda qüvvəsini sınayıb.
Atlet toplam 365 (165+200) kq nəticə göstərib. Ə.Şükürlünün yekun sıralamada tutduğu yer A qrupunda çıxışlar bitəndən sonra bilinəcək.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
Qeyd edək ki, II Qran-priyə dekabrın 18-də yekun vurulacaq.
.