Bu il Azərbaycanda 2 105,6 min ton buğda istehsal olunacağı proqnozlaşdırılır.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Qeyd edilir ki, bu göstəricinin gələn il 0,2% artaraq 2 110,5 min tona çatacağı, 2023-cü ildə isə daha 0,1% artaraq 2 112,5 min tona bərabər olacağı gözlənilir.

2024-cü ilə gəldikdə, buğda istehsalının 0,1% artaraq 2 114,2 min ton təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, 2021-2024-cü illərdə istehsalın orta artımı 0,1%-ə bərabər olacaq.

.