(13.03) Bakıda Sumqayıt şəhərində azot gübrəsi və karbamid zavodunun tikintisi üzrə tenderin qalibi ilə saziş imzalanıb. Sazişi ARDNŞ və Cənubi Koreyanın Samsung Engineering Co. Ltd şirkəti imzalayıb.
2. (28.06) "Şahdəniz” konsorsiumu "Mərhələ 2” layihəsi çərçivəsində Avropaya qaz nəqli üçün TAP boru kəməri marşrutunu seçdiyini elan edib.
3. (30.07) "Şahdəniz” yatağının işlənməsi üzrə tərəfdaşlar - BP, ARDNŞ və Total Transanadolu qaz kəməri layihəsində pay əldə ediblər.
5. (30.08) Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində yoxlamalar və 4ahibkarların hüquqlarının müdafiəsi haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb.
5. (19.09) "Şahdəniz” yatağının "Mərhələ 2” layihəsi çərçivəsində çıxarılan qazın alqı-satqısı üzrə "Şahdəniz” konsorsiumu və idxalçı şirkətlər arasında saziş imzalanıb.
6. (20.09) Qaradağda gəmiqayırma zavodunun açılışı olub.
7. (29.10) Prezident İlham Əliyev "Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP qaz kəmərlərinin tikintisi layihələrinin həyata keçirilməsi üzrə dövlət komissiyası yaradılması haqqında sərəncam verib.
8. (22.11) Milli Məclis "2014-cü ilin dövlət büdcəsi haqqında” qanun qəbul edib.
9. (02.12) Tarif Şurası benzinin 30% bahalanması haqqında qərar qəbul edib.
10.(17.12) "Şahdəniz” yatağının "Mərhələ-2" layihəsi üzrə yekun investisiya qərarı imzalanıb.

2013-cü ilin iqtisadi xülasəsi

2013-cü ilin 10 ən mühüm iqtisadi hadisəsinin seçimi göstərir ki, neft sektorunun dominantlığı və ölkə iqtisadiyyatının birtərəfli inkişafı davam edir. 10 hadisədən 5-i enerji sektoru və Azərbaycan qazının Avropaya nəqli ilə bağlıdır. Bu, 12 ay ərzində ən mühüm mövzu olub.
2013-cü ilin iqtisadi həyatı intensiv olub, xüsusən ilin sonunda. Statistika son aylarda iqtisadi artım göstərir. İqtisadiyyatda artım 6%-ə çatıb. 10 ayda ümumi daxili məhsul 48 mlrd manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 5,7% çoxdur. Artım daha çox xidmət sektoru hesabına olub. Qeyri-neft sektoru 9,8%, neft sektoru 1% artıb. Sentyabrda artım indeksi 5,4% təşkil edib.
11 ayda inflyasiya 2,2% olub. Bu, yaxşı göstəricidir və inanmaq istərdik ki, manipulyasiya olmayıb. İqtisadi Tədqiqatlar Mərkəzi məlumat verir ki, illik hesablamada istehlak qiymətlərində artım 9,92%, ərzaq inflyasiyası 18% olub. İTM rəhbəri Qubad İbadoğluya görə, istehlak qiymətləri indeksinin analizi və dünya praktikasının öyrənilməsi göstərir ki, Dövlətstatkom qiymət indeksi üzrə formal metodikanı rəhbər tutur. Bu isə hesabat dövründə satılan malların hesabat dövründəki qiyməti ilə bazis dövrünə nisbətən qiymət dəyişməsini nəzərə alır. Bu metod mallara tələbatın artım və azalması da daxil bazar münasibətlərinin bütün spektrini hesaba almır.
Müstəqil ekspertlər də prezident İlham Əliyevin əhalinin 5%-nin kasıb olması barədə fikri ilə razılşamır. Onlar qeyd edir ki, beynəlxalq təsnifata görə, əhalinin çoxu varlı və ya orta təbəqəyə aid deyil, çünki gəlirinin 2/3-i ərzağa xərcləyir.
Ötən il hökumət iqtisadiyyatın şaxələnməsində uğur qazanmadı və qeyri-neft sektoru dövlətin gəlirlərinin artmasına töhfə verə bilmədi. Hərçənd burda artım 10%, neft sektorunda 1% olub.
Maliyyə sektorunun vəziyyəti ümumi iqtisadi sistemi güzgü kimi əks etdirir. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 1991-ci ildən ilk dəfə 4% azalacaq. Gələn il hökumət dövlət büdcəsinin gəlirlərini 18 mlrd 384 mln manat müəyyən edib. Bu, cari ilin proqnozundan 775 mln manat azdır. Xərclər hissəsi 20 mlrd 063 mln manat planlaşdırılır. Bu illə müqayisədə (19 850 mln manat) 2014-cü ildə xərclər 213 mln manat və ya 1,1% artacaq. 2014-cü ildə dövlət büdcəsinin kəsiri bu illə müqayisədə 1 mlrd manat artacaq və 1 679 mln manat olacaq. Büdcədən maliyyələşmə ARDNF-dən transfertləri keçəcək (9,337 mlrd manat). 2014-cü ildə dövlət büdcəsinin investisiya xərcləri 6,3 mlrd manat olacaq.
Amma mal və xidmət istehsalı barədə rəsmi məlumatlar enerji sektorundan kənarda iqtisadiyyatın real inkişaf göstəricisi deyil. Bu, qeyri-leqal iqtisadiyyatın böyük miqyasda qaldığını göstərir. Məsələn, yanacaq bazarı üzrə məlumatlar göstərir ki, bazarın təxminən 10%-i leqaldır. Statistikaya əsasən, ölkədəki milyon yarım avtomobilin hərəsi 2013-cü ildə 3,3 litr benzin işlədib. Bu isə 2-3 mlrd. manatın mənimsələnməsi deməkdir. İqtisadiyyatın bütün sahə və seqmentləri bu vəziyyətdədir. Bu, gizli iqtisadiyyatın dövriyyəsinin milyardlarla olmasını göstərir. Amma hökumət bu iqtisadiyyatı leqallaşdırmaq əvəzinə, 2014-cüv ilin büdcəsinə istehlakçıların hesabına yamaq vurmaq istəyir. 2 dekabrda Tarif Şurası yanacağı 30% bahalandırdı. Gələn ilin əvvəlində kommunal xidmətlərin və nəqliyyatda gediş haqlarının bahalanması gözlənilir. Bazarların qarşılıqlı təsisi qanununa əsasən, Azərbaycanda təkcə tənzimlənən mal və xidmət qiymətləri yox, başqa qiymətlər də artacaq. İqtisadçılar 2014-cü ildə ikirəqəmli inflyasiyanın labüd olduğunu bidirir.
Vergi intizamı, deofşorizasiya, iqtisadiyyatın leqallaşdırılması, inhisarların ləğv edilməsi, ədalətli rəqabət, kapital amnistiyası ötən il müzakirələrdən kənarda qaldı. 2013-cü ildə iqtisadiyyatın əsas problemi korrupsiya, artan inhisarçılıq və real rəqabətin olmamasıdır. "Transparensi İnterneşnl”in 2013-cü il üçün rəyi maraqlıdır. Ona əsasən, korrupsiyanı qavrama indeksinə görə, Azərbaycan 11 ildir cədvəlin aşağısında Rusiya, Nikaraqua, Mali və Pakistanla yanaşıdır.
Turan Analitik Xidməti
.