Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağbənd avtomobil körpüsü layihəsinin icra vəziyyəti ilə tanış olublar.

Bu körpü regionun nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq.

Xatırladaq ki, bu gün Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib. Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olub.

Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

.