“Azərbaycan Hava Yolları" QSC (AZAL) Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.
Yenizaman AZAL-a istinadən xəbər verir.
Məlumtaa görə, bu gün AZAL Rusiyanın 7 şəhərinə uçuşları dayandırıb.
Sabahdan Bakıdan Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı və Mahaçqalanın hava limanlarına reyslər dayandırılır.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
.