"Azərbaycan Hava Yolları" QSC 2014-cü il yanvarın 15-dən aviareyslərdə yanacaq yığımı tətbiq edib. Bu barədə cümə axşamı Trend-ə QSC-dən deyilib.
QSC-dən bildirilib ki, iki saatdan az davam edən uçuşlarda ekonom-klass üçün yanacaq yığımı 12 avro, biznes-klass üçün isə 18 avro təşkil edir. İki saatdan çox davam edən aviareyslərdə isə yanacaq yığımı müvafiq olaraq 18 və 27 avrodur.
Yanacaq yığımının tətbiqi aviabiletlərin minimal qiymətinə təsir edib.
Bu xəbəri oxuyanda bir məzəli əhvalat yadımıza düşdü.
Bir gün bir Hacı oğlunu nökər tapmaq üçün şəhərə göndərir. Bir neçə gündən sonra oğul evə qayıdaraq atasına bildirir ki, onlara sərf edən bir nökər tapıb. Ata oğuldan soruşur ki, nökəri neçəyə tapmısan. Oğul isə öz növbəsində atasına bildirir ki, 6 manata yeməyə də öz boynuna. Hacı isə oğluna unikal cavab verir. "Olmazdı ki, elə bizim evdə yediyimiz gündəlik yeməyi də onun boynuna qoyardın”.
.
