
Bazar ertəsi axşam Şamaxıda Rövşən Zahidov – "Azadlıq” qəzetinin redaktorunun əmisi oğlu saxlanılıb. Elə həmin gün məhkəmə onu 25 gün müddətinə həbs edib.
Eyni zamanda, Bakıda redaktorun qardaşı oğlu Rüfət Zahidov həbs edilib. O, narkotiklərə qarşı mübarizə idarəsində saxlanılır. Atasının sözlərinə görə, polis onu birbaşa paytaxtın Yasamal rayonundakı iş yerindən götürüb. Nədə ittiham olunduğu hələlik məlum deyil.
Bir gün əvvəl Şamaxı rayonunda redaktorun Tural adlı qardaşı oğlu polisə müqavimət ittihamı ilə həbs edilib.
Redaktor özü bildirib ki, bu həbslər ona "Azərbaycan saatı” İnternet TV proqramının yayımını dayandırması üçün təzyiq göstərmək məqsədi daşıyır. Qohumlarına qarşı repressiyalara baxmayaraq, Fransada mühacirətdə olan Qənimət Zahidov fəaliyyətini dayandırmaq niyyətində deyil.
.