Ötən il işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına xərclənən vəsait açıqlanıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Qeyd edilib ki, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına 82,8 milyon manat xərclənib.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsait ayrılıb.

.