Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində bu gün İsrail həbsxanalarından azad edilməsi planlaşdırılan ən azı 8 fələstinli məhbus Misirə deportasiya ediləcək.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahira əl-İxbariya" telekanalı məlumat yayıb.
Kanal deportasiya ediləcək şəxslərin kimliyini açıqlamayıb. Onların üçüncü ölkələrə göndəriləcəyi və ya Misirdə qalacağı barədə də məlumat yoxdur.
.