İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.03.2024 - 10.03.2024) açıqlanıb.

ANAMA-dan  verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 128 piyada əleyhinə mina, 63 tank əleyhinə mina, 316 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 997,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

.