Ermənistan keçmiş səhvlərindən heç vaxt dərs almır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Ayxan Hacızadə qeyd edib ki, erməni tərəfi təxribat əməllərinə görə üzr istəmək əvəzinə Azərbaycan tərəfindən uydurulan sızma əməliyyatları ilə bağlı saxta xəbərlər yayır: “Ermənistan təxribatlara son qoymalı, saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalı, 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.

.