
"İşte benim stilim”in azərbaycanlı iştirakçısı Ayşən Ocaqverdiyeva ondan əvvəl müsabiqədə yer alan və ən səs-küylü yarışmaçısı olan Sima Şərafətdinovadan danışıb.
Axşam.az-a açıqlama verən A.Ocaqverdiyeva həmkarının əsəbi olmsına münasibət bildirib:
"Hər bir insanın özünə görə bir xasiyyəti var. Sima Şərafətdinova da əsəblərini bu formada nümayiş etdirirdi. Buna görə onu qınamaq lazım deyil. Mən də verilişi izləyərkən özümü saxlaya bilmir, hirslənirdim. "İşte benim stilim”də Azərbaycanın sakit xanımı timsalını mən nümayiş etdirdim. Tamaşaçı Azərbaycanın əsəbi xanımını Simanın timsalında gördü”.
A.Ocaqverdiyeva yarışmadakı haqsızlıqdan bəhs edib:
"Həftənin birincisinə həmişə pul verirlər. Amma mən birinci olanda mənim haqqım ödənmədi. Bəzən mənə 7 xal verirdilər. Məndən pis geyinənə isə gətirib 8 xal yazırdılar. Amma Türkiyədə bizim xanımları çox sevirlər. Hələ moda sahəsində olan insanlar bizə çox hörmət qoyurlar. Çünki onların azərbaycandan çoxlu sifarişləri gəlir”.
.