Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın 2022-ci il ücün təyin etməli olduğu əsas prioritetləri açıqlayıb.

Bankın verdiyi məlumata görə, birinci prioritet kimi, iqtisadiyyatın şoklara davamlılığını artırmaq üçün onun şaxələndirilməsinin təmin edilməsi göstərilir. Bura özəl sektorun inkişafını dəstəkləmək üçün biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, həmçinin iqtisadiyyatda səmərəliliyin artırılması üçün dövlət sektorunda özəlləşdirmə və idarəetmə islahatlarının aparılması daxildir. Bank bildirir ki, ölkədəki mövcud regional bərabərsizliyi nəzərə alaraq, sözügedən islahatların balanslaşdırılmış ərazi yanaşması ilə aparılması vacibdir.

AYİB ölkənin gələn il üçün ikinci prioretini "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramının həyata keçirilməsinin dövlət idarəetmə potensialının artırılması ilə paralel reallaşmasında görür. Ölkənin uzunmüddətli baxışının sosial-iqtisadi inkişafa səmərəli şəkildə çevirmək üçün dövlət qurumları və nazirliklər lazımi kadrlarla təmin olunmalı, onların təcrübələri artırılmalı və əməliyyat bazası gücləndirilməlidir.

Sonuncu əsas prioriteti bank sağlam tənzimləmə bazası və institutları olan dayanıqlı və rəqabətə qabiliyyətli enerji bazarının inkişafını davam etdirilməsində görür. AYİB-in ekspertləri özəl sektorun daha çox iştirakına zəmin yaradan yeni tənzimləmə bazası olan enerji sektorunun yaşıllaşdırılması üçün bir addım kimi istifadə edilməsini vurğulayıb.

.