
Xalq artisti Aygün Kazımova İlhamə Quliyevanın köməkçisinin mətbuata göndərdiyi məktuba münasibət bildirib və sosial şəbəkədə Quliyevanın onu da şərləmək istədiyini qeyd edib:
"Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır”.
İlhamə Quliyeva isə buna cavab olaraq Aygün Kazımovanı "bədbəxt qadın" adlandıb: "Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə yuxulu olub? Bəlkə onun adından yazıblar? Yəqin özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır”.
İlhamə Quliyevanın Aygün Kazımovaya "bədbəxt" deməsi xalq artistini özündən çıxarıb.
Musavat.com xəbər verir ki, Aygün Kazımova məsələ ilə bağlı mətbuata açıqlama verib. O, İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib:
"İlhamə Quliyeva bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən İlhamə axırıncı dəfə onu elə döydü ki, yazıq arvad pilləkənlərdən yıxıldı, ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən. Anasına deyirdi ki, efirdə ağla, bəlkə prezident sənə ev verdi. Üstünə qışqırırdı”.
Aygün Kazımova İlhamə Quliyevanın "onun ağlı başında deyil" sözünə də reaksiya verib:
"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğundur. İlhamə Qarabulaqlı soyadı ilə Qarabulaqda asılan plakatın və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunu deyəsən yaddan çıxartmısan. Həəə?? Bəlkə elə bu işlərdə sənin də əlin olub,? Yaxın dostunun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusan? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".
.