
Xalq artisti Aygün Kazımova Bakıdakı "Kratos hall”da özünə dəbdəbəli doğum günü keçirib.
Müğənninin doğum gününə tanınmış sənətçilər və bir sıra yaxın dostları toplaşıb. Xarici və yerli mahnılar ifa edən xalq artisti sonda öz maketi formasında hazırlanmış tortu kəsib.
A.Kazımova tortun burun hissəsini ötən günlərdə burnundan əməliyyat olunan əməkdar artist Coşqun Rəhimova, dodağını isə prodüser, ssenarist Müşviq Abbasova təqdim edib və onları qucaqlayıb.
Qeyd edək ki, dünən Aygün Kazımovanın 47 yaşı tamam olub.
.