Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun həbsi ilə bağlı bü gün təcili Türkiyəyə yola düşüb. Novoye-Vremya.com-a daxil olan məlumatlarda bildirilir ki, Aydın Əliyev artıq Türkiyədədir və DGK-a sədrini Atatürk Hava Limanında Azərbyacanın Türkiyədəki Konsulluğunun nümayəndələri qarşılayıblar. Hal hazırda Aydın Əliyevin Türkiyə rəsmiləri ilə görüşdüyü bildirilir.
Qeyd edək ki, Sədərək gömrük idarəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyənin Kars şəhərində həbs edilib.
Məlumata görə, Seyidovu Kars şəhər mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları həbs ediblər.
Gömrük idarəsinin rəisini Karsdan İqdıra gətiriblər.
.