Yenizaman.az show.az-a istinadən bildirir ki, müğənni Aybəniz Haşımovanın qızıAynişanın adından sosial şəbəkədə saxta profil açılıb.
Hər kəsə dostluq göndərən və mesajlar yazan şəxsi tapmaq üçün Aybəniz Haşımova hüquq mühafizə orqanlarına şikayət edib.
Müğənni sosial şəbəkədə bu haqda olan söz-söhbətlərə aydınıq gətirib:
"Dünən aldığım məlumata görə, hansısa saxtakar mənim övladımın adıyla saxta facebook səhifəsi açıb, insanlara dostluq göndərir və özünü Aynişan kimi qələmə verir. Mən dünən ona mesaj yazdım və ondan təcili saxta profilin bağlanmasını tələb etdim. Amma o, reaksiya vermədi və elə bildi ki, zarafat edirəm. O mənim zarafatımı görəcək”.
Hazırda hüquq mühafizə orqanları həmin şəxsin kimliyini aşkar ediblər. Günahkar cəzasına çatacaq.
.