
Atlar, inəklər, fillər, zürafələr və digər bir sıra böyük heyvanlar ayaqüstə yata bilirlər. Buna səbəb isə diz oynaqlarının xüsusi quruluşa malik olmasıdır. Belə ki sümüklər xüsusi formada bir birinə bağlanır və heyvan bədəninin digər əzələlərini süst vəziyyətə gətirə bilir. Bu hərəkət müəyyən dərəcədə heyvanların təkamül prosesi ilə də bağlıdır. Ayaqüstü vəziyyətdən təhlükə anında qaçmaq daha əlverişlidir. Yuxarıda sadalanan heyvanlar özlərini təhlükəsiz yerdə hiss etdikləri halda yerə uzanaraq da yata bilirlər. Bu zaman daha dərin yuxu fazası baş verir. Ayaqüstə yata bilən digər bir canlı isə hətta su olan yerdə belə yata bilən flaminqolardır.
.