"Artıq şou-biznes mənə maraqlı deyil. Fikirləşirəm ki, şou-biznesdə etdiyimi etmişəm. Bundan o tərəfə nə edəcəm? Mənim yaşımda olan müğənnilərin çoxu mənim etdiyimi hələ etməyib. Çəkdirdiyim klipləri heç məndən yaşca böyüklər çəkdirməyib".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva "Star life" verilişinə açıqlamasında deyib. Sənətçi biznes qurmaq istədiyini bildirib:
"Arada fikirləşirəm ki, ciddi bizneslə məşğul olmaq lazımdır. Elə dönəm ola bilər ki, hər şeydən qopub gedə bilərsən. Qardaşım Samirə demişəm ki, mini restoran açım. Orada qeyri-adi mətbəxim olsun".
A.Babakişiyeva həyatının ən ağır anlarını xatırlayıb:
"Beş-altı il tanıdığım dostlarım yox oldu. Bir-iki tanıdığım dostlarım isə təmənna güdmədən yanımda qaldı. Yüksəkdən atlanıb tikələrə ayrılan birinə bənzəyirdim. Bəzi tikələr məndən ayrı düşdü, heç onu axtarmıram da. Mən heç nə səhv etməmişəm. Yaşanmalıydısa, yaşandı. Bu gün Ayan varsa, demək hər şeyi doğru edib".
Müğənni qızı Selenadan bəhs edərkən onun sənətçi olmasına heç vaxt icazə verməyəcəyini deyib:
"Müğənnilik nankor sənətdir. İfaçılar var idi ki, vaxtında çox məşhur idilər, indi yada da düşmürlər. Ona görə də qızıma müğənni olmağa icazə vermərəm".

.