
Azərbaycan şou-biznesinin klip siyahısına yeni biri əlavə olunub.
Müğənni Cəlalət özünün müəllifi olduğu "Söylə” mahnısına klip çəkdirib. Təbiət qoynunda lentə alınan klipi tanınmış rejissor Nail Naiboğlu ərsəyə gətirib. Klipin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına ümidli olan N. Naiboğlu özünün "İnstagram” səhifəsində həm fotolar paylaşıb, həm də belə bir rəy yazıb: "Axır ki, bu gözəli də tora saldım. Əminəm ki, klip super olacaq”.