Fuad Qəhrəmanlı Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib. O özünü təqsirli bilmir. Vəkil Fəxrəddin Mehdiyev apelyasiya şikayətinin veriləcəyini deyib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılıb. Lakin işin motivi barədə məlumat yoxdur. Bu barədə AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.
"Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. Ölkədə hüquqsuzluq o səviyyədədir ki, müxalifət partiyasının sədr müavinini, tanınmış siyasətçini sanki adam oğurlayırmışlar kimi, heç bir izahat, məlumat vermədən həbs edirlər. Fuad bəyə qarşı hansı ittihamı irəli sürürlər sürsünlər, aydındır ki, həmin ittiham saxta olacaq. Fuad bəyi ölkəmizin demokratikləşməsi uğrunda apardığı ardıcıl, prinsipial mübarizəsinə görə həbs edirlər. Nə baş verməsindən asılı olmayaraq, AXCP-nin də, Fuad bəyin də mübarizəsi bu ölkədə demokratiya və azadlıqlar tam bərqərar olana qədər davam edəcək”, Əli Kərimli Facebook səhifəsində yazıb.
Fuad Qəhrəmanlını polislərin evindən apardığını həyat yoldaşı Zümrüd Yağmur da özünün facebook səhifəsində təsdiq edib.
"Dostlar. Bu gün gunortadan sonra Fuad Qəhrəmanlı evdən polis tərəfindən həbs olundu. Artıq saatlardır ki hec bir xəbər ala bilmirəm. Telefonu bağlıdır”, o qeyd edib.
Təxminən saat 22.00 vəlum olub ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı CM-nin 281.1- Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə, 283.2.1 dini, irqi, sosiyal,nifrət aşılayan çağırışlar etmə maddələri ilə təqsirləndirilir. Onu Nəsimi Rayon Məhkəməsinə aparıblar. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
.