Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.

Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.

Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.

S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Report.az 

.