Quba rayon sakini İbrahim Seyidəhmədov bədbəxt hadisə nəticəsində ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 6-da Xətai rayonunun Nobel prospektində Quba rayon sakini İbrahim Seyidəhmədov idarə etdiyi "Shacman” markalı avtomobilin mühərrik hissəsində təmir işləri apararkən avtomobil enişə doğru hərəkət etdiyindən təkərin altında qalaraq ölüb.

Araşdırma aparılır.
.