Sabirabadda baş verən avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.
Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi "VAZ 21011” markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb.
Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
APA.az
