Göygöl rayonunda ustanın başına dəmir parşası düşüb və o, hadisə yerində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 4-də Göygöl rayonunun Balçılı kəndində rayon sakini İlham Həsənov "MAZ” markalı avtomobilinin təkərini təmir edərkən, təkərdən çıxan dəmir parçası baş nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən İ.Həsənov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
.
