Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenizaman.az-a verilən məlumata görə, dekabrın 19-da saat 02 radələrində Nəsimi rayonu ərazisində Ağdam rayon sakini Elşən İsmayılov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı hasara vurub və o, hadisə yerində ölüb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
.
