Ötən gün paytaxtın Bakıxanov qəsəbəsində 10-TG-550 dövlət nömrə nişanlı "60” nömrəli marşrut avtobusunun sürücüsü sərnişinlərə təhlükəli anlar yaşadıb.
Bu barədə "Bizim Yol”a izləyicilərimizdən biri məlumat verib. Onun redaksiyamıza göndərdiyi videogörüntüdən aydın olur ki, avtobus sürücüsü davamlı olaraq yol hərəkəti qaydalarını pozub.
Videogörüntünü çəkən şəxsin sözlərinə görə, sürücü qarşıdan gələn nəqliyat vasitələrinin yoluna çıxdıqdan sonra yol kənarında dayanan tələbələri avtobusa mindirmək üçün piyadaların hərəkəti üçün nəzərdə tutulan səkiyə çıxıb.
Avtobus sürücüsü yol hərəkəti qaydasını pozmaqla piyadaların həyatını təhlükəyə atıb, nəqliyyat vasitələrinin hərəkətində isə sıxlıq yaranıb.
