Avstriya Xalq Partiyasının yeni lideri Karl Nehammer dekabrın 6-da kansler kimi and içəcək.

TASS xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Prezident Aleksander Van der Bellen də Nehammerin təklif etdiyi yeni nazirlərlə birlikdə and içəcək.

Dekabrın 3-də hökumət koalisiyasına daxil olan Avstriya Xalq Partiyasının Rəyasət Heyəti Yaşıllar partiyası ilə birlikdə Sebastyan Kurtsun yerinə daxili işlər naziri Karl Nehammeri təyin edib.

.