“Məncə, Ukraynanın Avropa İttifaqına (Aİ) dərhal tam üzv olması qeyri-realdır”.

Bunu Avstriya kansleri Karl Nehammer “Kronen Zeitung”a müsahibəsində bildirib.

Avstriya kansleri “Avropa hazırlıq məkanı”nın (“Europäischen Vorbereitungsraum”-red) yaradılması zərurətini vurğulayıb. O, bildirib ki, bu məkanda qalmaq Ukrayna və Moldovanın Aİ standartlarına yaxınlaşmasına imkan verəcək.

Kanslerin sözlərinə görə, bu əməkdaşlıq və Aİ-yə tam üzvlük arasında aralıq addım olmalıdır.

“Bizi bir məqsəd birləşdirir, hamımız güclü, müstəqil və iqtisadi cəhətdən uğurlu Ukrayna istəyirik. Ukrayna hazırda siyasi və ərazi cəhətdən sağ qalmaq üçün mübarizə aparır. Bütün səylərimiz ilk növbədə Rusiyanın təcavüzkar müharibəsini dayandırmağa yönəlib. Belə bir mərhələdə Avropa Birliyinə sürətli tam üzvlük onsuz da aktual məsələ ola bilməz”, - Nehammer deyib.

Onun sözlərinə görə, indiki debatdan emosiyaları aradan qaldırmaq və Aİ-yə Qərbi Balkanlardan olan digər (üzvlük-red) iddaçılara münasibətdə də istifadə olunan eyni standartları tətbiq etmək lazımdır.

.