Avstraliya Ukraynaya sülhməramlıları yalnız sülh əldə edildikdən sonra göndərə bilər.

Bu barədə ölkənin yeni baş naziri Entoni Alboneze "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Lakin onun sözlərinə görə, bu, "sülhün ilkin şərtini" tələb edir.

"Avstraliya Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasında istənilən əhəmiyyətli irəliləyişi dəstəkləyir. Bizim beynəlxalq sülhməramlı missiyalarda 80 illik iştirakımızla sülhü dəstəkləmək ənənəmiz var", - baş nazir yazıb.

.