G20 liderlərinin sammiti başlayıb. APA-nın məlumatına görə , Avstraliyanın Brisbane şəhərində baş tutan sammitin ilk günündə aralarında Türkiyənin baş naziri Əhməd Davudoğlu, ABŞ prezidenti Barak Obama, İngiltərə baş naziri Devid Kemeron, Rusiya prezidenti Vladimir Putinin də olduğu G20-yə üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edir.
Sammitin ilk toplantısında qlobal iqtisadiyyatın hazırki problemləri və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunacaq.
.