Avstraliyalı geoloqlar keçən ilin noyabr ayında Avstraliya ərazisinə düşmüş ən qədim meteoriti tapıblar. Bu meteoritin yaşı ilkin olaraq 4.5 milyard il qədər dəyərləndirilir. Meteoritin düşməsi 27 noyabr 2015`ci ildə baş verib və Uilyam Krik regionunun sakinləri bunu müşahidə edə bilib. Bu hadisə həmçinin 32 yüksəksürətli genişbucaqlı Desert Fireball Network kameraları vasitəsilə qeydə alınıb. Bu kameraların köməyi ilə alınmış bilgilər əsasında Desert Fireball Network komandası meteoritin təqribi düşdüyü yeri aşkar edərək, onu tapa biliblər. Aşkar olunmuş məkan qurumuş Eyr gölüdür.

Meteoritin axtarış prosesi sürətləndirilmiş rejimdə aparılmışdır. Belə ki, bu zaman periodunda həmin regionda güclü yağışlar başlayır. Ona görə meteoritin axtarışında hətta iki pilotsuz dronlardan istifadə olunub. 29 dekabr 2015`ci ildə başlanan və üç gün çəkən axtarışlardan sonra 1.7 km çəkiyə malik meteorit aşkar olundu. O, duzlu palçığa düşərək 42 sm diametrə bərabər krater yaratmışdır. Axtarış komandası qeyd edir ki, "Əgər biz 1-2 gün geciksəydik, güclü yağışlar bu sahəni dolduracaqdır və bu nadir tapıntı bizim üçün əlçatmaz olacaqdır”

Aparılmış tədqiqatlardan sonra alimlər belə qənaətə gəlmişdilər ki, bu meteorit xondrit klassına aiddir və Günəş sistemi yaranan zaman qalmış qalıqdır. Axtarış komandasının rəhbəri Fil Bland ABC News kanalına müsahibə verərkən bunları demişdir: "Bu daş parçası Yupiter ilə Mars arasındakı asteroidlər qurşağına aiddir. Həmçinin o qeyd etmişdir ki, bu meteorit Yerdən də qədim hesab olunur".

astronomiya.club
.