Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar tətbiq edir.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq bildirib.

"Avstraliya hökuməti Rusiyanın 70 vətəndaşına qarşı sanksiya, 79 şirkətə isə maliyyə məhdudiyyəti tətbiq edib”, - o qeyd edib. Nazirin sözlərinə görə, bu, Avstraliyanın 2022-ci ilin fevralından bəri tətbiq etdiyi ən iri sanksiya paketidir.

Nazir həmçinin qeyd edib ki, Avstraliya hökumətinin fikrincə, Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində əlaqəsi olan müəssisə və vətəndaşlara qarşı əlavə məhdudiyyətlər tətbiq edilib. “Bundan başqa, Rusiyanın müdafiə, nəqliyyat və maliyyə sektorlarında fəaliyyət göstərən təşkilatlara, Ukraynanın və onun hökumətinin nüfuzuna xələl gətirən dezinformasiya yayan vətəndaşlara qarşı sanksiyalar tətbiq edilib”, - o əlavə edib.

P.Vonq bildirib ki, sanksiyalarla yanaşı, Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA), onların komponentlərinin və PUA istehsalı texnologiyaları ilə bağlı hər hansı xidmətlərin tədarükünə də qadağa qoyulub.

.