Avrozonanın 19 ölkəsinin ÜDM-si 2021-ci ilin birinci rübündə 0,6 faiz, ötən ilin müvafiq dövrünə nisbətən isə 1,8 faiz azalıb.

Avropa İttifaqı statistika ofisi olan Eurostat tərəfindən açıqlanan bu rəqəmlər ötən ayın sonunda elan olunmuş ilk rəqəmlərlə də, “DailyFx” portalının danışdırdığı ekspertlərin proqnozları ilə də tam üst-üstə düşür.

Həmçinin, Avropa İttifaqı üzv ölkələrinin ÜDM-si də ilk rəqəmləri təkrarlayaraq rüb ərzində 0,4 faiz, ötən ilin müvafiq dövrünə nisbətən isə 1,7 faiz azalıb.

Qeyd edək ki, 2020-ci ildə Aİ ölkələrinin ÜDM-si 6,2 faiz, avrozona ölkələrininki 6,6 faiz, dördüncü rübdə isə müvafiq olaraq 0,5 faiz və 0,7 faiz (əvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz və 4,9 faiz) azalıb.

.