Xəbər verdiyimiz kimi Avroparlament artıq "Maqnitskiy siyahı"sını tərtib edib. Hazırda sənəddə Rusiyanın bütün siyasi rəhbərliyi, o cümlədən prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla 107 nəfərin adı var. FaktXəbər-in verdiyi məlumata görə, "qara siyahıda" azərbaycanlıların da adı yer alıb. Bunlar Moskvadakı "Motrosskiy tişina" həbsxanasının rəisi, əslən azərbaycanlı olan Fikrət Həmdulla oğlu Tağıyev, azərbaycanlı jurnalist İradə Zeynalova və daha bir tanınmış bakılı Mixail Qusmandır.
Qeyd edək ki, Avropa İttifaqı sanksiyanı Rusiya Ukraynanın şərqinə hərbi qüvvə yerləşdiriləcəyi təqdirdə tətbiq edəcək. Sanksiyaya əsasən həmin şəxslərə viza verilməməsi ilə yanaşı, Qərb ölkələrində olan maliyyə hesablarının dondurulması nəzərdə tutulur.
.
