Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 070 ABŞ dolları həddini ötüb.

Bu barədə birja məlumatları xəbər verir.

Məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 2,6% artaraq 1 072,96 dollara yaxınlaşıb.

Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 000 dolları ötüb.

.