Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 950 ABŞ dollarını ötüb.

Bu barədə ICE London qitələrarası birjasının məlumatlarında bildirilir.

Məlumata görə, 15 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 79 avro təşkil edib (bir kubmetr üçün təqribən 950 dollar).

Avropada rekord qaz qiymətləri artıq bəzi Aİ ölkələrini qaz və elektrik enerjisi tariflərini məhdudlaşdırmaq üçün fövqəladə tədbirlər görməyə vadar edir.

Xatırladaq ki, 14 sentyabr Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.

***
Avropada qazın min kubmetrinin qiyməti tarixi maksimumu yeniləyib.

Bu barədə ICE London qitələrarası birjasının məlumatlarında qeyd olunur.

Belə ki, bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 850 ABŞ dollarına çatıb.

.