Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 040 ABŞ dolları həddini ötüb.

Bu barədə birja məlumatları xəbər verir.

Məlumata görə, 29 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 8% artaraq 1 045 dollara yaxınlaşıb. Oktyabr fyuçersinin qiyməti isə min kubmetr üçün 1 032 dollar təşkil edir.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları bir qədər üstələyirdi.

.