
Avropa Şurasının baş katibi Tyorborn Yaqland Rasim Əliyevin ölümüylə bağlı bəyanat verib.
Azadliq.info-nun məlumatına görə, bəyanatda deyilir: "Mən Rasim Əliyevin öldürülməsi xəbərindən şoka düşdüm. Azərbaycanda jurnalistlərin təhlükəsizliyilə bağlı vəziyyətin daha da pisləşməsi ciddi narahatçılıq doğurur.
Mən Azərbaycan hakimiyyətini jurnalistin ölümünü tez və sürətlə araşdırıb cinayətkarları ədalət mühakiməsi qarşısına çıxartmağa çağırıram. Baş vermiş bu faciəvi hadisə hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun və etimadın bərpası üçün çox ciddi addımlar atılmasını zəruri edir».
.