
Avropa Şurasının Baş katibi Alain Berset Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılması ilə bağlı açıqlamalarını alqışlayır.
Bu barədə Baş katibin bəyanatında deyilir.
"Avropa Şurası Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını tam dəstəkləyir və xüsusilə insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə tam hörmətin təmin edilməsi məqsədi ilə hər iki üzv dövlətə öz dəstəyini və yardımını göstərməyə davam edəcəkdir", - bəyanatda qeyd edilib.
.