
"Yarış 20 idman növü üzrə keçiriləcək”.
Bakıda keçiriləcək 2015-ci il Avropa Oyunlarında Soçi Qış Olimpiya Oyunlarından iki dəfə çox - 10 min idmançı iştirak edəcək.
Bunu Bakıda Avropa Oyunlarına həsr olunmuş tədbirdə yarışın kommunikasiya direktoru Vilyam Luis-Mari bildirib.
Daha sonra çıxış edən Avropa Oyunlarının idman sektorunun direktoru Pirs O’kallahan bildirib ki, yarışa 6 mindən çox idmançı, 3 mindən çox komanda rəsmisi qatılacaq.
"Yarış ümumilikdə 16-sı olimpiya olmaqla, 20 idman növü, 4 qeyri-idman növü üzrə baş tutacaq, 17 yarış, 253 medalla təltifetmə mərasimi keçiriləcək. Avropa Oyunlarında 11 idman növü Rio 2016 Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanı təqdim edəcək”.
.