Ukrayna Avropadan ümumilikdə 80 “Leopard 2” tankı qəbul edəcək.

Bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb. Bildirilib ki, Avropa ölkələri Ukraynaya hər biri 40 tankdan ibarət olan iki tank batalyonu təmin etmək istəyir, ABŞ isə daha bir tank batalyonu hazırlayacaq.

Məlumatda vurğulanıb ki, alman tankları martın sonunadək Ukraynaya çatdırıla bilər.

.