Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir Türkiyənin İstanbul şəhərində baş tutub.

Qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan 32 komanda püşkdə 8 qrupa bölünüb.

Türkiyənin bu turnirdəki təmsilçiləri “Fənərbaxça” ilə “Trabzonspor”un da rəqibləri müəyyənləşib. “Fənərbaxça” B, “Trabzonspor” isə H qrupunda mübarizə aparacaq.

Qrup mərhələsinə sentyabrın 8-də start veriləcək. Qrup qalibləri 1/8 finala, ikincilər pley-offa yüksələcək, 3-cü yeri tutan komandalar Konfrans Liqasının pley-offuna yuvarlanacaq.

A qrupu
“Arsenal” (İngiltərə)
PSV (Niderland)
“Bodo-Qlimt” (Norveç)
“Sürix” (İsveçrə)

B qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Renn” (Fransa)
“Fənərbaxça” (Türkiyə)
AEK (Kipr)

C qrupu
“Roma” (İtaliya)
“Lüdoqorets” (Bolqarıstan)
“Betis” (İspaniya)
HİK (Finlandiya)

D qrupu
“Braqa” (Portuqaliya)
“Malmö” (İsveç)
“Union” (Almaniya)
“Union” (Belçika)

E qrupu
“Mançester Yunayted” (İngiltərə)
“Real Sosyedad” (İspaniya)
“Şerif” (Moldova)
“Omoniya” (Kipr)

F qrupu
“Latsio” (İtaliya)
“Feyenoord” (Niderland)
“Midtülland” (Danimarka)
“Şturm” (Avstriya)

G qrupu
“Olimpiakos” (Yunanıstan)
“Qarabağ” (Azərbaycan)
“Frayburq” (Almaniya)
“Nant” (Fransa)

H qrupu
“Srvena Zvezda” (Serbiya)
“Monako” (Fransa)
“Ferensvaroş” (Macarıstan)
“Trabzonspor” (Türkiyə)

.