Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub.

Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq.

Qalibin bir qarşılaşmada müəyyənləşəcəyi oyun Bakıda keçiriləcək.

Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.
 

.