Noyabrın 28-də Avropa Komissiyasının vitse-prezidenti, enerji məsələləri üzrə komissar Maroş Şevçoviç Azərbaycana gələcək. Bu barədə APA-ya Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirilib.
Səfərin əsas məqsədi Cənub Qaz Dəhlizi ilə bağlı müzakirə aparılmasıdır. M. Şevçoviç noyabrın 26-da Qazaxıstana, daha sonra isə Azərbaycana səfər edəcək. Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
.