Avropa İttifaqı (Aİ) Venesuela və Qrenlandiya ətrafındakı vəziyyətin eyni olmadığı qənaətindədir.
Bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
"Xatırladım ki, Qrenlandiya ABŞ-nin müttəfiqidir və eyni zamanda NATO-nun üzvüdür. Bu, böyük fərqdir. Buna görə də biz Qrenlandiyanı tam dəstəkləyir və Venesuelada baş verənlərlə müqayisəni qətiyyən mümkün hesab etmirik", - o deyib.
P.Pinyonun sözlərinə görə, Avropa İttifaqı Danimarkanın və Qrenlandiyanın ərazi bütövlüyünü dəstəkləyir, Qrenlandiyanın statusu məsələsini isə yalnız onun sakinləri həll edə bilərlər.
.
