Avropa Komissiyası Qəzzadakı hərbi əməliyyatlarla bağlı olaraq, İsraillə azad ticarət razılaşmalarının dayandırılmasını təklif edib.

Yenizaman “Reuters“ ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsrail hökumətində iki nazirə, HAMAS üzvlərinə və İordan çayının qərb sahilində məskunlaşanlar arasında zorakılıq törədənlərə qarşı sanksiyaların tətbiqi fikrini irəli sürüb.

.