Avropa Komissiyası koronavirusa qarşı müalicəsi üçün “Ronapreve” və “Regkirona” adlı iki dərman preparatını təsdiqləyib.

Bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.

Artıq Aİ tərəfindən sözügedən dərmanların noyabrın 12-dən satışına icazə verilib.

Qeyd edək ki, “Ronapreve” Almaniyanın “Roche” şirkəti, “Regkirona” isə Macarıstanın “Celltrion” şirkəti tərəfindən istehsal olunub.

.